"Azəryolservis": Bakı Dairəvi yolunda köməkçi yol bağlanır

"Azəryolservis": Bakı Dairəvi yolunda köməkçi yol bağlanır Təmir işlərinin axşam saatlarınadək aparılması nəzərdə tutulub
İnfrastruktur
6 Fevral , 2016 09:56
Azəryolservis: Bakı Dairəvi yolunda köməkçi yol bağlanır

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün aparılacaq təmir işləri ilə əlaqədar olaraq Baki Dairəvi-1 avtomobil yolunun "Şamaxinka" deyilən əraziyə doğru olan istiqaməti üzrə köməkçi yolla nəqliyyat vasitələrinin hərəkəti qısamüddətli məhdudlaşdırılacaq. Bu barədə "Report"a "Azəryolsrvis" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, təmir işlərinin axşam saatlarınadək aparılması nəzərdə tutulub: "Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur"

Son xəbərlər

Orphus sistemi