Bakı. 10 mart. REPORT.AZ/ “Azərsu” ASC sinxron tərcümə xidmətlərinin satın alınması məqsədilə kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
İddiaçılar sorğuda iştirak etmək üçün kotirovka təkliflərini martın 13-ü saat 15:00-dək (Bakı şəhəri, Moskva prospekti, 67) “Azərsu”ya təqdim etməlidirlər.
Kotirovka təklifləri martın 13-ü saat 16:00-da yuxarıda qeyd edilən ünvanda açılacaq.