“Azərsu” sədri Beyləqanda vətəndaşları qəbul edəcək

“Azərsu” sədri Beyləqanda vətəndaşları qəbul edəcək “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov mayın 17-də Beyləqan şəhərində Beyləqan və Xocavənd rayonundan olan sakinləri, sədr müavinləri isə Füzuli və İmişli şəhərlərində sakinləri qəbul edəcək.
İnfrastruktur
10 May , 2019 13:12
“Azərsu” sədri Beyləqanda vətəndaşları qəbul edəcək

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov mayın 17-də Beyləqan şəhərində Beyləqan və Xocavənd rayonundan olan sakinləri, sədr müavinləri isə Füzuli və İmişli şəhərlərində sakinləri qəbul edəcək.

“Azərsu” ASC-dən “Report”a verilən məlumata görə, qəbullar Beyləqan, Füzuli və İmişli Sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbulda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Beyləqan, Füzuli və İmişli sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi