"Azərsu" qaz analizatorlarının alınması üçün tender keçirir

"Azərsu" qaz analizatorlarının alınması üçün tender keçirir Kotirovka sorğusunda iştirak etmək istəyənlər təkliflərini oktyabrın 24-dək təqdim etməlidir
İnfrastruktur
20 Oktyabr , 2016 18:30
Azərsu qaz analizatorlarının alınması üçün tender keçirir

Bakı. 20 oktyabr. REPORT.AZ/ “Azərsu” ASC-nin İstehsalat Texniki Kompleksləşdirmə İdarəsi qaz analizatorlarının satın alınması məqsədilə kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iddiaçı kimi iştirak etmək istəyənlər “Azərsu”nun İstehsalat Texniki Kompleksləşdirmə İdarəsinin satınalma şöbəsinə (Bakı şəhəri, Babək prospekti 110v, tel/faks: 012 376 53 29) yazılı şəkildə imzalanmış və möhürlənmiş kotirovka təkliflərini oktyabrın 24-ü saat 12:00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq. Kotirovka təklifləri oktyabrın 25-də İdarənin binasında saat 11:00-da açılacaq.

Son xəbərlər

Orphus sistemi