“Azərsu"yun Şəkidə həyata keçirdiyi layihədən 79 min nəfər faydalanacaq

“Azərsu"yun Şəkidə həyata keçirdiyi layihədən 79 min nəfər faydalanacaq Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi, “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilən Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasından 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 79 min nəfər faydalanacaq.
İnfrastruktur
19 Mart , 2019 15:30
“Azərsuyun Şəkidə həyata keçirdiyi layihədən 79 min nəfər faydalanacaq

Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi, “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilən "Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasından 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 79 min nəfər faydalanacaq.

"Report" "Azərsu" ASC-yə istinadən xəbər verir ki, bu barədə Şəkidə keçirilmiş təqdimatda bildirilib. 

Qurumun sədr müavini Etibar Məmmədov vurğulayıb ki, layihənin birinci mərhələsində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Kiş mənbəyində sugötürücü qurğu və 13 su anbarı inşa edilib: “Eyni zamanda şəhər ərazisində 124 km içməli su və 98 km kanalizasiya şəbəkəsi yaradılıb. Yeni tikilmiş şəbəkədən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb”.

Qeyd edilib ki, Şəkinin böyüməsi, əhali artımı və turizm potensialı nəzərə alınaraq içməli suya olan tələbatın tam ödənilməsi üçün 15 yeni subartezian quyusu qazılacaq. Artezianların dayanıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə generator stansiyası quraşdırılacaq. Su mənbəyi ilə anbarların əlaqələndirilməsi məqsədilə ümumi uzunluğu 4 km olan toplayıcı su kəmərləri inşa ediləcək.

Şəhər ərazisində içməli su və tullantı su şəbəkələrinin də tikintisi davam etdiriləcək. Cari ildə 30 km içməli su və 30 km kanalizasiya şəbəkələri inşa olunacaq. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Layihə çərçivəsində “Şəki Sukanal” TSC üçün müasir tipli yeni inzibati bina tikiləcək.

Layihəyə əsasən, ümumilikdə, Şəki şəhərində 22 min kubmetr tutumu olan 21 su anbarının, 314 km içməli su və 294 km tullantı su şəbəkələrinin tikintisi nəzərdə tutulur. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə ilkin mərhələdə məhsuldarlığı sutkada 8 000 kubmetr olan tullantı sutəmizləyici qurğu da inşa ediləcək.

Son xəbərlər

Orphus sistemi