“Azərsu” nəqliyyat vasitələri üçün ehtiyat hissələri axtarır

“Azərsu” nəqliyyat vasitələri üçün ehtiyat hissələri axtarır Bu məqsədlə şirkət açıq tender elan edib
İnfrastruktur
30 Sentyabr , 2017 15:49
“Azərsu” nəqliyyat vasitələri üçün ehtiyat hissələri axtarır

Bakı. 30 sentyabr. REPORT.AZ/ “Azərsu” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin balansında olan nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək məqsədilə daxili vəsaiti hesabına ehtiyat hissələrinin satın alınması üçün açıq tender elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, tender bir lot üzrə keçirilir. 

Tenderdə iştirak haqqı 200 manatdır.

Tender iştirakçıları öz tender təkliflərini (tender təklifi və bank təminatı istisna olmaqla) 24 oktyabr 18:00-a qədər, tender təklifi və bank təminatını isə 1 noyabr saat 16:00-a qədər Bakı şəhəri, Moskva prospekti,67, “Azərsu” ASC-nin Satınalmaların təşkili və idarə olunması Departamentinə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 2 noyabr saat 16:00-da qeyd edilən ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi