“Azərsu” manometr almaq istəyir

“Azərsu” manometr almaq istəyir Şirkət bu məqsədilə kotirovka sorğusu elan edib
İnfrastruktur
3 May , 2017 09:23
“Azərsu” manometr almaq istəyir
Report.az

Bakı. 3 may. REPORT.AZ/ “Azərsu” ASC manometrlərin alınması məqsədilə kotirovka sorğusu elan edib. "Report" dövrü mətbuata istinadən xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Moskva prospekti,67, “Azərsu” ASC-nin Satınalmaların təşkili və idarə olunması Departamentinin tenderlərin təşkili şöbəsinə (əlaqələndirici - şöbə rəisi Murad Abışev; [email protected]; (+994 12) 431 47 67 (1087) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər təkliflərini 8 may saat 15:00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Kotirovka təklifləri qeyd olunan ünvanda 11 may saat 15:00-da açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi