​“Azərsu” kvars qumunun alınması üçün tender keçirir

​“Azərsu” kvars qumunun alınması üçün tender keçirir Təklif zərfləri sentyabrın 15-də açılacaq
İnfrastruktur
16 Avqust , 2016 14:08
​“Azərsu” kvars qumunun alınması üçün tender keçirir

Bakı. 16 avqust. REPORT.AZ/ “Azərsu” ASC kvars qumunun satın alınması məqsədilə açıq tender elan edib.

“Report” xəbər verir ki, təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə və maliyyə vəziyyətinə üstünlük veriləcək.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır. Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqı ödəməlidir. İştirakçılar “Azərsu”ya sentyabrın 5-i saat 18:00-dan gec olmamaq şərti ilə sənədləri təqdim etməlidirlər (əlaqələndirici şəxs – Nurşən Əliyev).

İddiaçı tender təklifini (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır) sentyabrın 14-ü saat 18:00-dan gec olmamaq şərti ilə təqdim etməlidir.

Təklif zərfləri ASC-nin inzibati binasında sentyabrın 15-i saat 15:00-da açılacaq.

Son xəbərlər

Orphus sistemi