Yuxarı
    Bağlamaq

    “Azərsu” Kürdəmir rayonunun 12 kəndinin içməli su problemini həll edir

    Layihələrin həyata keçirilməsi məqsədi ilə dövlət büdcəsindən “Azərsu” ASC-yə 14 mln. manat ayrılıb

    Bakı. 6 iyul. REPORT.AZ/ “Azərsu” ASC Kürdəmir rayonunun 12 kəndinə içməli suyun Külüllü su mənbəyindən verilməsi nəzərdə tutur. 

    “Report” xəbər verir ki, kəndləri su ilə təmin etmək üçün inşası nəzərdə tutulan 29 km olan su xətlərinin 14 km-lik hissəsində işlər yekunlaşıb, bulaqların quraşdırılmasına hazırlıq görülür.

    Ümumilikdə Kürdəmir rayonunun 12 kəndində 100 ədəd bulağın quraşdırılması nəzərdə tutulur. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin avqust ayında başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası başa çatdıqdan sonra Kürdəmir rayonunun 12 kəndində 14 min nəfər keyfiyyətli içməli su ilə təmin olunacaq.

    Qeyd edək ki, Külüllü su mənbəyi Kürdəmir, Ağsu, Zərdab, Ucar şəhərlərinin, həmçinin bu rayonların kəndlərinin dayanıqlı və keyfiyyətli içməli su təminatının aparılmasına hesablanıb.

    Xatırladaq ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq 22 rayonun 170 yaşayış məntəqəsində 267 min nəfər keyfiyyətli içməli su ilə təmin olunacaq. Layihələrin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən “Azərsu” ASC-yə 14 mln. manat ayrılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi