"Azərsu" kotirovka sorğusu keçirir

"Azərsu" kotirovka sorğusu keçirir İştirakçılar kotirovka təkliflərini martın 31-dək təqdim etməlidir
İnfrastruktur
29 Mart , 2017 13:56
Azərsu kotirovka sorğusu keçirir
Report.az

Bakı. 29 mart. REPORT.AZ/ “Azərsu” ASC nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması məqsədilə kotirovka sorğusu elan edib. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Sorğuda iştirak etmək istəyənlər kotirovka təkliflərini martın 31-i saat 15:00-dan gec olmamaq şərti ilə “Azərsu”ya (Bakı şəhəri, Moskva prospekti,67) təqdim etməlidirlər.

Kotirovka təklifləri aprelin 3-ü saat 16:00-da qeyd edilən ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi