“Azərsu” kotirovka sorğusu keçirir

“Azərsu” kotirovka sorğusu keçirir İddiaçıların noyabrın 6-na qədər vaxtı var
İnfrastruktur
28 Oktyabr , 2017 13:40
“Azərsu” kotirovka sorğusu keçirir
Report

Bakı. 28 oktyabr. REPORT.AZ/ “Azərsu” ASC Almaniya İnkişaf Bankı (“KfW”) ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində Gəncə Sukanal və Şəki Sukanal TSC-lərinin və “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin 2016-cı il üzrə maliyyə hesabatları na dair audit xidmətlərinin satınalınması üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, iddiaçılar kotirovka təkliflərini noyabrın 6-na qədər qurumun Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanındakı ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs “Azərsu”nun Satınalmaların təşkili və idarə olunması departamentinin tenderlərin təşkili şöbəsinin rəisi Murad Abışevdir (e-poçt:[email protected], tel.: (012) 431 47 67, daxili 1087).

Təkliflərə noyabrın 7-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi