"Azərsu" kotirovka sorğuları keçirir

"Azərsu" kotirovka sorğuları keçirir İddiaçıların 5 gün vaxtı var
İnfrastruktur
1 Mart , 2017 09:45
Azərsu kotirovka sorğuları keçirir

Bakı. 1 mart. REPORT.AZ/ “Azərsu” ASC Oğuz-Qəbələ-Bakı su kəmərində baş verə biləcək qəzaların aradan qaldırılması üçün lazım olan mal-materialların satın alınması məqsədilə kotirovka sorğusu elan edib. 

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, iddiaçılar təkliflərini martın 6-na qədər şirkətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında təqdim etməlidirlər. Təkliflərə martın 7-də, saat 15:00-da yuxarıda qeyd edilən ünvanda baxılacaq. 

Bundan başqa, "Azərsu" boru birləşmələrinin və su sızıntısının daxildən qarşısını almaq üçün kipləşdiricinin satın alınması məqsədilə kotirovka sorğusu elan edib. Sorğuda iştirak etmək istəyən iddiaçılar kotirovka təkliflərini martın 6-na qədər yuxarıdakı ünvana təqdim etməlidirlər. Təkliflərə martın 7-də, saat 12:00-da baxılacaq. 

Son xəbərlər

Orphus sistemi