​“Azərsu” kimyəvi reagentlərin alınması üçün tender keçirir

​“Azərsu” kimyəvi reagentlərin alınması üçün tender keçirir Müsabiqə çərçivəsində maqnaflok və polimerin alınması nəzərdə tutulub
İnfrastruktur
21 May , 2016 18:01
​“Azərsu” kimyəvi reagentlərin alınması üçün tender keçirir

Bakı. 21 may. REPORT.AZ/ “Azərsu” ASC kimyəvi reagentlərin satın alınması məqsədilə açıq tender elan edib. “Report” rəsmi KİV-ə istinadən xəbər verir ki, tender iki lot (Lot-1 - Maqnaflok LT-31 və Lot-2 - Polimer 6300S) üzrə keçirilir.

Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti kimi meyarlara üstünlük veriləcək. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 200 manat məbləğində iştirak haqqı ödəməlidir. Əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti,67 ünvanından (əlaqələndirici şəxs – Nurşən Alıyev, tel.: 430 01 32) almaq olar.

İştirakçılar “Azərsu”ya iyunun 28-i saat 18:00-dan gec olmayaraq əsas sənədlərini təqdim etməlidirlər. Tender təklifləri isə iylun 5-i saat 18:00-dək təqdim olunmalıdır.

Həcmçinin, iddiaçılar tender təklifi dəyərinin 5%-i həcmində bank təminatı təqdim etməlidir.

Təklif zərfləri iyulun 6-da şirkətin baş ofisində açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi