Yuxarı

“Azərsu” Füzulidə növbəti regional təlimə başlayıb

Təlimə Füzuli, Beyləqan, İmişli, Zərdab, Ağdam, Tərtər, Laçın, Bərdə Ağcabədi, Xocavənd rayon sukanal idarələrinin 207 əməkdaşı cəlb olunub

Bakı. 17 avqust. REPORT.AZ/ “Azərsu” ASC-nin "Regional Təlim-İnkişaf Proqramı-2” layihəsi çərçivəsində Füzuli rayonunun Horadiz şəhərində növbəti regional təlimə start verilib.

Azərsu”dan "Report"a verilən məlumata görə, təlimə "Birləşmiş Sukanal" MMC-nin Füzuli, Beyləqan, İmişli, Zərdab, Ağdam, Tərtər, Laçın, Bərdə Ağcabədi, Xocavənd rayon sukanal idarələrinin 207 əməkdaşı cəlb olunub.

Energetik, mexanik, montyor, metrologiya üzrə mühəndis, nəzarət ölçü cihazları çilingəri, su və kanalizasiya şəbəkələrinin mühəndisi, içməli və çirkab su təmizləyici qurğuların mühəndis texnoloqları, kimyaçı, bioloq, laborant, su kəməri təsərrüfatında nəzarətçi, mühasib, kompüter operator, kadrlar üzrə müfəttiş və digər peşələrdən olan əməkdaşlar təlimlərdə bilik və təcrübələrini artırmaq imkanı qazanıblar.

Təlimlər “Azərsu” ASC-nin müxtəlif fəaliyyət sahələrini əhatə edən mütəxəssisləri tərəfindən aparılır. Nəzəri biliklər əldə etməklə yanaşı, avadanlıq və qurğuların iş prinsipi ilə yerində tanış olmaq üçün təlim iştirakçılarının istehsalat sahələrinə səfərləri də təşkil olunur. Təlim avqustun 28-dək davam edəcək.

Ümumilikdə,  "Regional Təlim-İnkişaf Proqramı-2” çərçivəsində “Azərsu” ASC-nin 1 000-dən çox əməkdaşının müvafiq vəzifələr və peşələr üzrə təlimlərə cəlb olunması nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi