"Azərsu" ekoloji tədbirlər həyata keçirib

"Azərsu" ekoloji tədbirlər həyata keçirib Əsas istiqamət keyfiyyətli içməli suyun verilməsi olub
İnfrastruktur
9 Fevral , 2015 17:35
Azərsu ekoloji tədbirlər həyata keçirib

Bakı. 9 fevral. REPORT.AZ/ Ötən il ərzində Azərbaycanda ekoloji sabitliyin təmin olunması və ətraf mühitin qorunması məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlərdə "Azərsu” ASC-nin əsas istiqaməti əhaliyə keyfiyyətli içməli suyun verilməsi, tullantı sularının ekoloji tələblər çərçivəsində təmizlənib zərərsizləşdirilməsi, yaşıllaşdırma işlərinin genişləndirilməsindən ibarət olub.

“Report” “Azərsu”ya istinadən xəbər verir ki, əhalinin keyfiyyətli və ekoloji təhlükəsiz içməli su ilə təmin edilməsi məqsədilə Mərkəzi Laboratoriya tərəfindən su təchizatı sistemlərindən 11 min nümunə götürülüb, onların fiziki-kimyəvi və mikrobioloji təhlilləri aparılıb.

Böyükşor gölü ətrafında yeni kanalizasiya kollektorları və xətlərinin, nasos stansiyalarının tikilməsi nəticəsində Böyükşor gölünə axan tullantı sularının qarşısı tam alınıb. Bununla yanaşı, Cənub kanalından Şıx burnuna qədər hissədə Bakı buxtasına axıdılan tullantı sularının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.

Paytaxtda və ətraf ərazilərdə yaranan tullantı sularının optimal idarə edilməsi, Xəzər dənizinə axıdılan məişət təsərrüfat sularının qarşısının alınması məqsədilə Xocasən-Binəqədi-Xırdalan, Bayıl-Bibiheybət-Lökbatan, Dərnəgül-Qaraçuxur kanalizasiya tunellərinin tikintisi davam etdirilib.

Son xəbərlər

Orphus sistemi