"Azərsu" əhalinin smart-sayğaclarla təmin edilməsi üçün tender keçirir

"Azərsu" əhalinin smart-sayğaclarla təmin edilməsi üçün tender keçirir Sayğacların quraşdırılması işlərinin bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub
İnfrastruktur
6 Aprel , 2016 18:48
Azərsu əhalinin smart-sayğaclarla təmin edilməsi üçün tender keçirir

Bakı. 6 aprel. REPORT.AZ/ “Azərsu” ASC əhali qrupu istehlakçılarının "smart" tipli suölçən cihazlarla təmin edilməsi məqsədilə tender elan edib.

ASC-dən “Report”a bildirilib ki, əhali qrupu istehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün bu ilin dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan Cəmiyyətə 12 mln. manat ayrılıb.

Tenderin şərtlərinə görə, sayğaclar Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda quraşdırılacaq. Ümumilikdə, sayğaclaşma işləri 36 052 həyət, 13 948 bina evi üzrə aparılacaq. Sayğacların quraşdırılması işlərinin ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Prezidentin “İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına əsasən, istehlakçıların "smart" tipli suölçən cihazlarla təmin olunması işlərinə 2012-ci ildən başlanılıb. Bu il aprelin 1-nə “Azərsu” tərəfindən 417 550 ədəd analoji sayğac quraşdırılıb. Bu sayğacların 381 381-i əhali, 36 169-u isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür. Ötən müddətdə Bakı şəhəri və Abşeron yarımadasında 244 997 ədəd, regionlarda isə 172 553 ədəd "smart" sayğac quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi