​"Azərsu" Dünya Su Şurasının İdarə Heyətinə üzv seçilib

​"Azərsu" Dünya Su Şurasının İdarə Heyətinə üzv seçilib Bununla bağlı qərar Dünya Su Şurasının Marseldə keçirilən Baş Assambleyasında qəbul olunub
İnfrastruktur
26 Noyabr , 2015 12:04
​Azərsu Dünya Su Şurasının İdarə Heyətinə üzv seçilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün Bakıda "Azərsu" ASC-nin Dünya Su Şurasının İdarə Heyətinə üzv seçilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

"Report"un məlumatına görə, konfransda çıxış edən "Azərsu" ASC-nin Su Kanal Elmi Tədqiqat İnstitunun sədr müavini Adışirin Ələkbərov qeyd edib ki, Marsel şəhərində (Fransa) Dünya Su Şurasının VII Baş Assambleyası keçirilib.

Onun sözlərinə görə, Assambleya çərçivəsində bir sıra məsələlər müzakirə olunub: "Burada dünyada su siyasəti ilə bağlı movcud vəziyyət, prespektivlər, iş planı, Şuranın strateqiyası və təşkilati məsələlər müzakirə olunub. Assambleyanın İdarə Heyətinə seçkilər hər 3 ildən bir keçirilir. Bu dövr ərzində Assambleyaya Dünya Su Şurası İdarə Heyəti rəhbərlik edir. İdarə Heyətinin sonuncu iclasında "Azərsu" ASC də iştirak edib. Nəticədə, "Azərsu" Şuranın İdarə Heyətinə üzv seçilib". 

Qeyd edək ki, qurumda 51 ölkədən və 24 beynəlxalq təşkilatdan 350 üzv təmsil olunur. "Azərsu" ASC Dünya Su Şurasına 2013-cü ildə üzv olub, qurumun İdarə Heyətinə isə ilk dəfə seçilir (ümumilikdə İdarə Heyətində 35 nəfərdən ibarətdir).

Son xəbərlər

Orphus sistemi