"Azərsu" avadanlıq və materialların alınması üçün tender keçirir

"Azərsu" avadanlıq və materialların alınması üçün tender keçirir İştirakçılar tender təkliflərini yanvarın 26-dək təqdim etməlidir
İnfrastruktur
9 Dekabr , 2016 09:42
Azərsu avadanlıq və materialların alınması üçün tender keçirir

Bakı. 9 dekabr. REPORT.AZ/ “Azərsu” ASC elektrik avadanlıqları və materialların satın alınması məqsədilə tender keçirir.

“Report” xəbər verir ki, təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyətinə üstünlük veriləcək.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqı ödəməlidir.

İddiaçılar sənədləri “Azərsu”ya (Bakı şəhəri, Moskva prospekti, 67) yanvarın 18-i saat 18:00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər.

İştirakçılar tender təklifini (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır) yanvarın 26-sı 18:00-dək təqdim etməlidirlər.

Təklif zərflərinin açılma proseduru yanvarın 27-si saat 15:00-da şirkətin əsas inzibati binasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi