​“Azərsu” ASC-nin səlahiyyəti azaldılıb

​“Azərsu” ASC-nin səlahiyyəti azaldılıb Bundan sonra Cəmiyyətin səhmdarlarının reyestri mərkəzi depozitar tərəfindən aparılacaq
İnfrastruktur
31 Mart , 2016 01:12
​“Azərsu” ASC-nin səlahiyyəti azaldılıb

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişiklik edib.

“Report”un xəbərinə görə, nizamnaməyə əsasən, Cəmiyyət hüquqi şəxsdir, mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır.

Qurumun adi səhminin sahibi olan səhmdarının bir sıra hüquqları var.

İndiyədək səhmdarların sayı 20 nəfərə çatanadək onların reyestri Cəmiyyətin özü tərəfindən aparılırdı. Bundan əlavə, reyestrə adı daxil edilmiş hər bir səhmdara 2 ay ərzində pulsuz olaraq səhm sertifikatı verilirdi.

Dəyişikliklə, bütün bunlar ləğv edilib.

Nizamnaməyə edilən əlavəyə əsasən, bundan sonra Cəmiyyətin səhmdarlarının reyestri mərkəzi depozitar tərəfindən aparılacaq.

Son xəbərlər

Orphus sistemi