​“Azərsu” Abşeron rayonunda yeni magistral su xəttinin tikintisini yekunlaşdırıb

​“Azərsu” Abşeron rayonunda yeni magistral su xəttinin tikintisini yekunlaşdırıb Magistral xətt yaşayış məntəqələrinin mövcud şəbəkələrinə qoşulub və suyun verilməsi təmin olunub
İnfrastruktur
9 İyun , 2016 20:30
​“Azərsu” Abşeron rayonunda yeni magistral su xəttinin tikintisini yekunlaşdırıb

Bakı. 9 iyun. REPORT.AZ/ “Azərsu” ASC içməli su problemindən əziyyət çəkən Abşeron rayonunun Çaylı qəsəbəsinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni magistral su xəttinin tikintisini yekunlaşdırıb.

“Report” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, layihənin birinci mərhələsində Abşeron rayonunun Pirəküşkül qəsəbəsi və məcburi köçkün yaşayış massivinin içməli su təchizatı yaxşılaşdırılıb. Həmin yaşayış məntəqələrini içməli su ilə təmin etmək üçün +145 Müşfiqabad su anbarından 10,2 km uzunluğunda magistral su xətti çəkilib. Magistral xətt həmin yaşayış məntəqələrinin mövcud şəbəkələrinə qoşulub və suyun verilməsi təmin olunub.

Növbəti mərhələdə Çaylı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qəsəbəni su ilə təmin edən və uzun müddət istismar olunaraq yararsız vəziyyətə düşən magistral su xəttinin dəyişdirilməsi qərara alınıb.

Bu məqsədlə 225 mm diametrli borularla 1,6 km uzunluğunda magistral su xətti çəkilib. Hazırda yeni çəkilən magistral su xəttinin mövcud su təchizatı sistemlərinə birləşdirilməsi işləri aparılır. Magistral xətdən suyun verilməsi ilə 1600-dək sakini olan Çaylı qəsəbəsinin içməli su təchizatı yaxşılaşacaq.

Son xəbərlər

Orphus sistemi