​"Azərkosmos" BƏƏ şirkəti ilə müqavilə imzalayıb

​"Azərkosmos" BƏƏ şirkəti ilə müqavilə imzalayıb Bu şirkətlə əməkdaşlıq "Azerspace-1" peykinin orbital mövqeyinin və nüfuzunun regionda möhkəmlənməsini təmin edəcək
İnfrastruktur
6 May , 2015 19:25
​Azərkosmos BƏƏ şirkəti ilə müqavilə imzalayıb

Bakı. 6 may. REPORT.AZ/ “Azərkosmos” ASC Birləşmiş Ərəb Əmirliklərinin Afrika, Yaxın Şərq və Mərkəzi Asiya regionunda aparıcı peyk xidmətləri təklif edən "Network Satellite Technology Trading" (NSTT) şirkəti ilə müqavilə imzalayıb.

"Azərkosmos" ASC-dən "Report"a verilən məlumata görə, müqaviləyə əsasən, NSTT şirkəti "Azerspace-1" peykinin resurlarından istifadə edərək Afrika, eləcə də Yaxın Şərq regionunda etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edəcək. İDirect platforması üzərindən təklif olunan peyk xidmətləri Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən şirkətləri etibarlı rabitə ilə təmin edəcək. "Azərkosmos" və "NSTT" arasındakı əməkdaşlıq "Azerspace-1" peykinin orbital mövqeyinin və nüfuzunun regionda möhkəmlənməsini təmin edəcək.

Qeyd edək ki, 2002-ci ildə yaradılan NSTT şirkəti dünyanın qabaqcıl kommunikasiya texnologiyası üzrə böyük təcrübəsi olan provayder şirkətidir.

Son xəbərlər

Orphus sistemi