"Azərinşaatservis": BTQ-nin Türkiyə hissəsindəki tuneldə betonlama işləri tezliklə başa çatacaq"

"Azərinşaatservis": BTQ-nin Türkiyə hissəsindəki tuneldə betonlama işləri tezliklə başa çatacaq" Cəmil Qasımov: "Yolun vaxtında təhvil verilməsi üçün işlər sürətlə davam etdirilir”
İnfrastruktur
30 Sentyabr , 2016 12:43
Azərinşaatservis: BTQ-nin Türkiyə hissəsindəki tuneldə betonlama işləri tezliklə başa çatacaq

Tbilisi. 30 sentyabr. REPORT.AZ/ “Azərinşaatservis” MMC Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsində tikinti işlərini artıq başa çatdırıb. Gürcüstan ilə Türkiyə arasındakı tuneldə də işlər ilin sonuna tam başa çatdırılıacaq”

Bu sözləri “Report”un Gürcüstan bürosuna “Azərinşaatservis” MMC-nin Gürcüstan üzrə əlaqələndiricisi Cəmil Qasımov söyləyib.

Onun sözlərinə görə, hazırda tuneldə son torpaqbərkitmə və betonlama işləri gedir: “Gürcüstan və Türkiyə tərəfdə tikinti-quraşdırma və yeni infrastrukturun yaradılması işləri yeni vüsət alıb. Yolun vaxtında təhvil verilməsi üçün işlər sürətlə davam etdirilir”.

C.Qasımıv son günlər bəzi KİV-lərdə “Azərinşaatservis”in işinin dayandırılması, bank hesablarının dondurulması, bununla da Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin dayanması ilə bağlı məlumatları təkzib edib: “Bu cür məlumatların heç bir əsası yoxdur. Belə xəbərlər Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə maneə olmaqdan başqa bir şey deyil: “Şirkət Gürcüstan ilə Türkiyə arasındakı tuneldə işləyir. Betonlama işləri gedir. Bu ilin sonanadək tuneldə betonlama işləri və kommunikasiya xətlərinin çəkilişi tam başa çatdırılacaq”.

"Yolun Türkiyə hissəsində də işlər sürətlənib. Türkiyə tərəfi verdiyi vədə əməl etmək və yolu 2017-ci ildə tam istifadəyə vermək üçün səylərini artırıb. İnanıram ki, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bu layihə yaxın vaxtlarda tam istifadəyə veriləcək”, - deyə koordinator vurğulayıb.

Son xəbərlər

Orphus sistemi