Yuxarı

Türkiyədə ev alan azərbaycanlılar çoxalıb

Türkiyədə ev alan azərbaycanlılar çoxalıb
Azərbaycan vətəndaşları Türkiyədə ev alan xaricilər arasında 6-cı yerdədir

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan vətəndaşları bu ilin aprel ayında Türkiyədə 65 ev satın alıblar ki, bu da əvvəlki ayla müqayisədə 30% çoxdur. Ümumiyyətlə, Azərbaycan vətəndaşları bu ilin yanvar-aprel ayları ərzində Türkiyədə 224 ev alıblar. Bu da illik müqayisədə 4,2% artım deməkdir. 

"Report" bu barədə Türkiyənin rəsmi statistikasına əsasən xəbər verir.

Azərbaycan vətəndaşları apreldə Türkiyədə ən çox ev alan xarici vətəndaşlar arasında 7-ci yeri tutublar. Azərbaycanı bu siyahıda 245 evlə İraq, 185 evlə Səduiyyə Ərəbistanı, 169 evlə Küveyt, 99 evlə Rusiya, 81 evlə Əfqanıstan və 74 evlə Almaniya qabaqlayıb. Ümumiyyətlə, bu ilin ilk 4 ayı ərzində ev alan xarici vətəndaşların siyahısında isə Azərbaycan İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Əfqanıstan, Rusiyadan sonra 6-cı yeri tutub.

Xatırladaq ki, Azərbaycan vətəndaşları Türkiyədə 2016-cı ilin aprel ayında 47 ev alıblar. Ümumiyyətlə, 2016-cı ilin yanvar-aprel ayları ərzində isə azərbaycanlılara ev satışı 215 ədəd təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi