Yuxarı
    Bağlamaq

    Azərbaycanlılar Bodrumda 150 minlik mənzillər alırlar

    Həmyerlilərimiz dənizə yaxın mənzillərə üstünlük verirlər

    Bakı. 31 dekabr. REPORT.AZ/ Türkiyədə mənzil alan Azərbaycan vətəndaşlarının sayı artmaqda davam edir. Azərbaycanlıların Türkiyənin əmlak bazarında marağına səbəb olan əsas bölgələrdən biri də Bodrum şəhəridir. Belə ki, 2013-cü ildən indiyədək bu kurort şəhərində mənzil alan azərbaycanlıların sayı 135 nəfərə çatıb.

    Bu barədə "Report"a Türkiyədə daşınmaz əmlak bazarında fəaliyyət göstərən "Artev Global" şirkətindən məlumat verilib.

    Qeyd edək ki, azərbaycanlıları cəlb edən ərazi Egey dənizinin sahilində yerləşən yaşayış kompleksləridir. Şirkətin verdiyi məlumata görə, həmyerlilərimiz əsasən "1+1" terraslı və iki mərtəbəli fərdi evlərə üstünlük verirlər. Bu evlərin qiyməti 145-155 min avro diapazonunda dəyişir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi