Bakı. 22 dekabr. REPORT.AZ/ Dekabrın 23-də Tehranda (İran) Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin III iclası keçiriləcək.
Azərbaycan Nəqliyyat Nazirliyindən "Report"a daxil olan xəbərə görə, iclasda qurumun rəhbəri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
Görüş zamanı nəqliyyatın bütün sahələrində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional dəhlizlərin inkişafı, nəqliyyat üzrə Xəzəryanı ölkələrin imkanları və region ölkələrinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması kimi məsələlər müzakirə olunacaq.
Yekun olaraq Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin Tehran toplantısının yekun bəyanatının qəbul olunması nəzərdə tutulub.