Azərbaycanlı iş adamları Minskdə biznes mərkəzi inşa etdirirlər

Azərbaycanlı iş adamları Minskdə biznes mərkəzi inşa etdirirlər İşlərin 2019-cu ilin may ayında başa çatdırılacağı gözlənilir
İnfrastruktur
15 Avqust , 2017 11:05
Azərbaycanlı iş adamları Minskdə biznes mərkəzi inşa etdirirlər
Shkolnikov.by

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanlı sahibkarlar Vasif İsmayılov və Aqibət Məmmədov Belarusun paytaxtı Minskin mərkəzində keçmiş Çerven bazarının qarşısında biznes mərkəzi inşa etdirirlər.

"Report" "TUT.by" portalına istinadən xəbər verir ki, tikinti işlərinə 2016-cı ilin sonlarında başlanılıb.

Layihə memar Boris Şkolnikovun studiyası tərəfindən hazırlanıb. Mayakovski və Aranskya küçələrinin kəsişməsində yerləşən 7 mərtəbəli inzibati bina təxminən 7,5 min kvadratmetr sahəni tutacaq. Burada ofislər, ictimai obyektlər, əməkdaşlar və qonaqlar üçün yeraltı avtomobil parkı yerləşəcək. İşlərin 2019-cu ilin may ayında başa çatdırılacağı gözlənilir.

Qeyd edəkl ki, V.İsmayılovun tikinti şirkəti 2013-cü ildə Belarusun Azərbaycandakı yeni səfirliyini inşa edib. A.Məmmədovun şirkəti isə Azərbaycanda körpülər və su kəmərləri inşa etməklə tanınır.

Son xəbərlər

Orphus sistemi