Azərbaycanla Vyetnam arasında bir sıra sahələr üzrə əməkdaşlıq memorandumu təsdiqlənib

Azərbaycanla Vyetnam arasında bir sıra sahələr üzrə əməkdaşlıq memorandumu təsdiqlənib Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
İnfrastruktur
12 Oktyabr , 2015 18:55
Azərbaycanla Vyetnam arasında bir sıra sahələr üzrə əməkdaşlıq memorandumu təsdiqlənib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə fərman imzalayıb.

"Report"un məlumatına görə, fərmanla Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında 2015-ci il mayın 14-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinı bu fərmanın birinci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası tərəfinə bildiriş göndərməlidir.

Dövlət başçısı həmçinin “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə də fərman imzalayıb. 

Fərmanla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahələrində əməkdaşlıq haqqında 2015-ci il mayın 14-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə bu fərmanın birinci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası tərəfinə bildiriş göndərməlidir.

Son xəbərlər

Orphus sistemi