Azərbaycanla Türkmənistan arasında sərnişin daşınması 10% artıb

Azərbaycanla Türkmənistan arasında sərnişin daşınması 10% artıb Bu dinamikanın davam edəcəyi gözlənilir
İnfrastruktur
17 Mart , 2016 15:45
Azərbaycanla Türkmənistan arasında sərnişin daşınması 10% artıb

Bakı. 17 mart. REPORT. AZ/ Ötən il Azərbaycanla Türkmənistan arasında sərnişin daşınması 2014-cü ilə nisbətən 10% artıb. "Report" xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, hər yay mövsümündə bu daşınma üzrə rəqəmlər pik həddə çatır. Türkmənistanla Azərbaycan arasında sərnişin daşınması artır və bu dinamikanın davam edəcəyi gözlənilir. 

"Bilirsiniz ki, Türkmənistanın aldığı "ro-ro" tipli TİR (ağır tonnajlı maşınlar) daşıyan gəmiləri əslində sərnişin də daşıyır. Onun 200 sərnişin daşımaq qabiliyyəti var. İki ölkə arasında sərnişindaşıma da onun vasitəsilə həyata keçirilir", - deyə T. Ziyadov əlavə edib.

Son xəbərlər

Orphus sistemi