Yuxarı

Azərbaycanla Qazaxıstan arasında yeni əməkdaşlıq sazişi imzalanıb

Hökumətlərarası saziş standartlaşdırma sahəsində əməkdaşlıq əlaqələrini əhatə edir

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Bakıda keçirilən Azərbaycan-Qazaxıstan iqtisadi  əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclasından sonra standartlaşma sahəsində hökumətlərarası saziş imzalanıb. 

"Report" xəbər verir ki, Azərbaycan tərəfindən sazişi Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin sədri Ramiz Həsənov, Qazaxıstan tərəfindən isə bu ölkənin Azərbaycandakı səfiri Bəybit İsabayev imzalayıb. Müqaviləyə görə, iki ölkə arsında standartlaşdırma sahəsində təcrübə mübadiləsi aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi