Azərbaycanla Qazaxıstan arasında yeni əməkdaşlıq sazişi imzalanıb

Azərbaycanla Qazaxıstan arasında yeni əməkdaşlıq sazişi imzalanıb Hökumətlərarası saziş standartlaşdırma sahəsində əməkdaşlıq əlaqələrini əhatə edir
İnfrastruktur
4 Dekabr , 2015 13:22
Azərbaycanla Qazaxıstan arasında yeni əməkdaşlıq sazişi imzalanıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Bakıda keçirilən Azərbaycan-Qazaxıstan iqtisadi  əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclasından sonra standartlaşma sahəsində hökumətlərarası saziş imzalanıb. 

"Report" xəbər verir ki, Azərbaycan tərəfindən sazişi Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin sədri Ramiz Həsənov, Qazaxıstan tərəfindən isə bu ölkənin Azərbaycandakı səfiri Bəybit İsabayev imzalayıb. Müqaviləyə görə, iki ölkə arsında standartlaşdırma sahəsində təcrübə mübadiləsi aparılacaq.

Son xəbərlər

Orphus sistemi