Azərbaycanla Latviya arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Latviya arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub Azərbaycan-Latviya hökumətlərarası komissiyasının növbəti iclasının gündəliyi müzakirə olunub
İnfrastruktur
19 May , 2016 16:08
Azərbaycanla Latviya arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Almaniyanın Leypsiq şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin Beynəlxalq Nəqliyyat Forumunda iştirakı çərçivəsində latviyalı həmkarı Anriys Mattislə görüşüb.

"Report" xəbər verir ki,  Azərbaycan-Latviya hökumətlərarası komissiyasının həmsədrləri olan nazirlər ikitərəfli nəqliyyat əlaqələri, eyni zamanda yaxın vaxtda keçirilməsi planlaşdırılan hökumətlərarası komissiyasının növbəti iclasının gündəliyini müzakirə ediblər.

Görüşdə həmçinin Latviya və Azərbaycan arasında nəqliyyat sahəsində daşımalar, infrastruktur və bir sıra digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi