Yuxarı
    Bağlamaq

    Azərbaycanın tranzit potensialı 5 ildən sonra 700 milyon dollara çatacaq

    Bunu Qazaxıstan Dəmir Yollarının prezidenti bildirib

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanın tranzit potensialı 2020-ci ilə qədər 300 min konteynerə çatacaq. "Report" xəbər verir ki, bunu bu gün Bakıda "Azərbaycanın tranzit potensialının inkişaf perspektivləri" mövzusunda keçirilən konfransda "Qazaxıstan Dəmir Yolları" ASC-nin prezidenti Əskər Mamin bildirib.

    "Biz Transxəzər marşrutunun, xüsusilə Gürcüstan və Türkiyəni birləşdirəcək Qars-Axalkalaki dəhlizinin potensialını yüksək qiymətləndiririk. 2020-ci ilə qədər Azərbaycanın tranzit potensialının həcminin 600-700 mln. dollara çatacağını görürük. Bu, Çin və Qafqaz ölkələri, Çin və Türkiyə arasında ticarət əlaqələrinin genişlənməsinə, Qazaxıstandan keçməklə Asiya-Avropa istiqamətinin, Xəzər dənizi - Azərbaycan və daha sonra Avropaya yerüstü tranzit marşrutlarının inkişafına xidmət edəcək. Potensial olduqca yüksəkdir və bu gün bu həcmləri reallaşdırmaq üçün zəruri infrastruktur tikilir. Qazaxıstan bu işə öz töhfəsini verir və ölkənin mərkəzindən Aktau limanına olan məsafəni azaltmaq məqsədilə 1 000 km yol tikib", - Ə.Mamin əlavə edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi