Azərbaycan şirkəti Qazaxıstanda yol tikintisi üzrə tenderin qalibi olub

Azərbaycan şirkəti Qazaxıstanda yol tikintisi üzrə tenderin qalibi olub Tenderdə Qazaxıstan, Azərbaycan, Ukrayna, Türkiyə və Çindən 9 şirkət iştirak edib
İnfrastruktur
22 İyul , 2017 10:02
Azərbaycan şirkəti Qazaxıstanda yol tikintisi üzrə tenderin qalibi olub

Bakı. 22 iyul. REPORT.AZ/ Astana şəhərində sifarişçisi Qazaxıstan Yol Komitəsi, maliyyə dəstəkçisi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) olan Kurtı-Burilbaytal yolunun inşası üzrə tender (iki lot) keçirilib.

"Report"un məlumatına görə, tenderdə Qazaxıstan, Azərbaycan, Ukrayna, Türkiyə və Çindən 9 xarici şirkət iştirak edib.

Azərbaycanı təmsil edən, yerli və xarici infrastruktur layihələrinin icrasında xüsusi təcrübəsi olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ümumi dəyəri 70 mln. dollar olan hər iki lot üzrə tenderin qalibi elan edilib.

Qeyd edək ki, hazırda 11 ölkədə nümayəndəliyi olan "Akkord" korporasiyası 4 ölkədə aktiv fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi