Yuxarı

Azərbaycanın tikinti sektorunda işləyənlər hər ay orta hesabla 835 manat qazanırlar

Azərbaycanın tikinti sektorunda işləyənlər hər ay orta hesabla 835 manat qazanırlar
Bu ilin I rübündə tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 88 min nəfərə çatıb

Bakı. 19 may. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycanın tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 87,9 min nəfər təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunların 40,4 min nəfəri bina tikintisində, 24,1 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23,4 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb.

İşçilərin 30,2%-i dövlət, 69,8%-i isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olublar.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 835,4 manata çatıb. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 970,8 manat, dövlət sektorunda isə 526,7 manat olub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə orta aylıq nominal əmək haqqı binaların tikintisində işləyənlər üzrə 15,7%, mülki təyinatlı inşaat işlərində çalışanlar üzrə 5,9% artıb, ixtisaslaşdırılmış tikinti işlərində çalışanlar üzrə isə 14,4% azalıb.

Tikinti müəssisələrinin 60,1%-də işçilərin orta aylıq nominal əmək haqqı 300 manatdan aşağı, 29,6%-də 301-600 manat, 3,5%-də 601-900 manat, 6,8%-də isə 900 manatdan yüksək olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi