Yuxarı
    Bağlamaq

    Azərbaycanın regionlarında da sosial evlər tikiləcək

    Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbəri Samir Nuriyev məlumat verib

    Bakı. 1 mart. REPORT.AZ/ Yasamal Yaşayış Kompleksinin gələn ilin ortalarına qədər təhvil verilməsi gözlənilir.

    "Report" xəbər verir ki, bunu jurnalistlərə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) rəhbəri Samir Nuriyev deyib.

    Onun sözlərinə görə, kompleksdəki mənzillər bazarda satışda olan adi mənzillərlə müqayisədə 20-25% ucuz olacaq: "Mənzillərin qiyməti sonda bilinəcək, amma düşünürəm ki, bu mənzillərin dəyəri real bazar qiymətlərindən təxminən 20-25% aşağı olacaq. Çünki, torpaq və digər vasitələr dövlət tərəfindən pulsuz təmin edilib".

    MİDA rəhbəri onu da deyib ki, regionlarda da belə mənzillər tikiləcək: "Araşdırdıq və məlum oldu ki, hazırda əsas tələb Bakıdadır. Ona görə də birinci və ikinci yaşayış kompleksləri paytaxtda inşa edilir. Çox güman ki, üçüncü də Bakıda olacaq. Amma biz regionları da diqqətdə saxlayırıq və artıq bəzi ərazilərdə olmuşuq. Yəqin ki, regionda ilk belə kompleks əsas şəhərlərdən birində olacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi