​Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 2%, sərnişin daşınması isə 5% artıb

​Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 2%, sərnişin daşınması isə 5% artıb Bu ilin 10 ayında qeyri-dövlət bölməsində yükdaşıma 4% artıb
İnfrastruktur
15 Noyabr , 2014 11:39
​Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 2%, sərnişin daşınması isə 5% artıb
Bakı. 15 noyabr.REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 183,1 mln. ton yük daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% çoxdur.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, qeyri-neft yüklərinin həcmi 3,1% artaraq 130,4 mln. tona çatıb. Nəqliyyat vasitələri ilə daşınan yüklərin 57,8%-i avtonəqliyyat, 28,0%-i boru kəməri, 9,8%-i dəmir yolu, 4,4%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib.

Qeyri-dövlət bölməsində yük daşınması 3,8% artıb. Bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 76,5% təşkil edib.

Hesabat dövründə nəqliyyatçılar 1,5 mlrd. nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0% çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 88,0%-i avtomobil, 11,8%-i metro nəqliyyatının xidmətlərindən istifadə edib.

Son xəbərlər

Orphus sistemi