Yuxarı

​Azərbaycanın maliyyə naziri dövlət aviaşirkətinin özəlləşdirilməsinin əleyhinədir

Samir Şərifov: Özəl aviaşirkətlər tez-tez müflisləşir və hökumət onları qorumaq məcburiyyətində qalır

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin özəlləşdirilməsi ideyası uğurlu olmayacaq. "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov bildirib: "Özəl hava şirkətləri uğurlu deyil. Çünki özəl aviaşirkətlər tez-tez müflisləşir və hökumət onları qorumaq məcburiyyətində qalır".

"Məsələn, ABŞ-da üç belə şirkət var. Onlara daim hökumət tərəfindən yardım edilir. Digər, nisbətən orta ölkələrdə isə həmin şirkətlər subsidiyaların köməyi ilə fəaliyyət göstərir", - nazir vurğulayıb.

İctimai nəqliyyat sektorunda isə özəlləşdirməyə gəlincə, S.Şərifov bu məsələyə baxa biləcəklərini deyib: "Bu sahədə özəl sektorun iştirakı artıq təmin olunub. Belə ki, yerüstü nəqliyyat demək olar ki, özəldir. Sadəcə olaraq, bu sahənin tənzimlənməsində müəyyən işlər görməliyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi