Azərbaycanın Kinoloji Mərkəzinə beynəlxal​q status veriləcək

Azərbaycanın Kinoloji Mərkəzinə beynəlxal​q status veriləcək Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev: "Sadəcə olaraq, bəzi ölkələrarası məsələlər həllini tapmalıdır"
İnfrastruktur
7 May , 2015 16:28
Azərbaycanın Kinoloji Mərkəzinə beynəlxal​q status veriləcək

Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzi tezliklə beynəlxalq status alacaq. "Report"un verdiyi xəbərə görə, bunu DGK sədri Aydın Əliyev deyib. 

A.Əliyevin sözlərinə görə, bu yaxınlarda Polşada həmin məsələ ilə bağlı danışıqlar aparılıb: "Polşada keçirilən görüşdə biz razılıq əldə etdik. Sadəcə olaraq, ölkələrarası bəzi məsələlər həllini tapmalıdır".

"Ümümdünya Gömrük Təşkilatınin baş katibi Kunio Mikuriya, həmçinin Rusiya, Belarus, Qazaxıstan, Moldova, Avstriya, Qırğızıstan, Türkiyə, Çexiya və Gürcüstan nümayəndə heyətlərinin rəhbərləri Bakıda ÜGT-nin Re­gio­nal Kinoloji Təlim Mərkəzinin yaradılması fikrini dəstəkləyərək Azərbaycan gömrük xidmətinin uğur­larını və regional proqramlarda xüsusi aktivliyini diqqətə çatdırıblar", - deyə Komitə sədri əlavə edib.

Son xəbərlər

Orphus sistemi