Bakı. 7 mart. REPORT.AZ/ İrana səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti qonşu ölkənin Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşüb.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, görüşdə vurğulanıb ki, Azərbaycan və İran prezidentləri uğurlu xarici siyasət apararaq regionda dostluğu və mehriban qonşuluğu əsas tuturlar. Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan və İran beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasında fəal iştirak edirlər.
İqtisadiyyat naziri
Son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində bir çox işlərin görüldüyünü qeyd edən M. Vaezi əlaqələrin inkişafı perspektivlərinə dair fikirlərini bildirib, Qəzvin-Rəşt dəmir yolunun və Rəşt-Astara dəmiryolunun tikintisi layihəsinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, Nəqliyyat, Rabitə və Yüksək Texologiyalar naziri