Yuxarı

Azərbaycanın ilkin mənzil bazarında qiymətlər artıb

Təkrar mənzil bazarında isə qiymətlər illik müqayisədə 4,6% enib

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycanda cari ilin I rübündə 2015-ci ilin IV rübü ilə müqayisədə mənzil bazarında qiymətlər 0,2% ucuzlaşıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, təkrar mənzil bazarında 0,3% ucuzlaşma, ilkin mənzil bazarında isə 3,5% bahalaşma qeydə alınıb.

Qeyd edək ki, ötən ilin birinci rübü ilə müqayisədə isə mənzil bazarında qiymətlər 4,5% ucuzlaşıb, o cümlədən təkrar mənzil bazarında 4,6% ucuzlaşma, ilkin mənzil bazarında 5,0% bahalaşma müşahidə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi