Azərbaycanın ilkin mənzil bazarında qiymətlər artıb

Azərbaycanın ilkin mənzil bazarında qiymətlər artıb Araşdırma: Yeni tikili mənzil bazarında Bakının rayonlarında ən çox qiymət artımı Sabunçu və Nizami rayonlarında müşahidə edilib
İnfrastruktur
30 Dekabr , 2014 10:47
Azərbaycanın ilkin mənzil bazarında qiymətlər artıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Bakı şəhərinin ilkin mənzil bazarında satışa təklif olunan "pod mayak" yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1 360 dollar/кv.metrdən 1,25% artaraq 1 377 dollar/кv.metrə qədər, milli valyutada isə 1 067 AZN/кv.m-dən artaraq 1 080 AZN/кv.m bəndində qərarlaşıb. "Report"un verdiyi xəbərə görə, bu barədə "MBA Ltd." qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı aylıq hesabatda bildirilir. 

Cari il yanvar ayı ilə müqayisədə (dollarla) isə artım 16,6% təşkil edib. Belə ki, yanvarda "pod mayak" yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1 181 dollar/kv.m olub.

Bazar portfelində ümumi təkliflərin sayı isə 535 ədəd təşkil edib ki, bu da öz növbəsində əvvəlki ayla müqayisədə 43,62%, 2013-cü ilin müvafiq ayı ilə müqayisədə isə 0,04% çox olub.

"İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi 800-1250 AZN/kv.m qiymət aralığında olan mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 45,8%-ni təşkil edib. Ümumi təklif portfelinin qalan 54,2%-ni isə 800 AZN/kv.m-rə qədər olan ucuz mənzillər, qiyməti 1 250 AZN/kv.m-dən baha olan mənzillərin payına düşür. Hər iki qiymət dəyərində olan mənzillər ayrı-ayrılıqda ümumi bazar payının 27,1%-nə malikdir", - deyə məlumatda qeyd olunub.

Ümumilikdə, noyabr ayındakı aparılan araşdırmalar göstərir ki, təkrar yaşayış mənzil bazarında təklif olunan "pod mayak" bir və üç otaqlı mənzillərin təklif qiymətlərində müvafiq olaraq 5,35% və 4,45% azalma olub. İki, dörd və beş otaqlı mənzillərin qiymətində isə müvafiq olaraq 0,7%, 3,82% və 4,0% artım müşahidə olunub.

Son ayda bаzаrdа təklif olunan "pod mayak" mənzillərin ümumi orta sahəsi demək olar ki, dəyişməz qalıb və 112,12 kv.m olub. Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 58,65 kv.m, iki otaqlı 90,06 kv.m, üç otaqlı 127,6 kv.m, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 199,0 kv.m və 240,0 kv.m qeydə alınıb.

Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan "pod mayak" mənzillərin sayında artım əsasən Yasamal və Nəsimi rayonlarında qeydə alınıb ki, buna da əsas səbəb tikilməkdə olan binaların yekunlaşmasını göstərmək olar.

İlkin yaşayış mənzil bazarında 1 kv.metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 3 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Hüseyn Cavid prospektində ("Elimlər Akademiyası" metro stansiyası yaxınlığında) yerləşən 87 kv.m-lik tam təmirsiz mənzilin qiyməti 3000 manat/kv.m təşkil edib. Ən ucuz mənzil isə Yeni Yasamal qəsəbəsində yerləşən 140 kv.m-lik sahəyə malik yeni tikili, 3 otaqlı mənzildə qeydə alınıb - 485 manat/kv.m.

Yeni tikili mənzil bazarında ay ərzində Bakı şəhərinin rayonları üzrə оrtа qiymət artımı ən çox Sabunçu və Nizami rayonlarında müşahidə edilib və müvafiq olaraq 6,9% və 5,9%, qiymət azalması isə Nəsimi rayonunda 3,4%, Yasamal rayonunda isə 6,1% qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi