Azərbaycanın hava nəqliyyatında oturacaqların dolma əmsalı tətbiq ediləcək

Azərbaycanın hava nəqliyyatında oturacaqların dolma əmsalı tətbiq ediləcək Bu, aviareyslərin yüklənmə əmsalının optimallaşdırılması deməkdir
İnfrastruktur
3 İyun , 2017 10:13
Azərbaycanın hava nəqliyyatında oturacaqların dolma əmsalı tətbiq ediləcək

Bakı. 3 iyun. REPORT.AZ/ Yaxın 2 il ərzində Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımada reyslərin yüklənmə faktorunun hesablanması üçün beynəlxalq standartlara və geniş tətbiq olunan praktikaya əsasən, illik bütün uçuşlar üzrə oturacaqların dolma əmsalından (“Load Factor”) istifadə edilməsi nəzərdə tutulub.

“Report”un məlumatına görə, bu, ölkə prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamının həyata keçirilməsinə dair ötən gün təsdiq edilmiş Tədbirlər Planında öz əskini tapıb.

Bu məsələnin icrası Dövlət Mülki Aviasiya Administrasiyası, “Azərbaycan Hava Yolları” QSC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib. 

Son xəbərlər

Orphus sistemi