​Azərbaycanın hava limanlarında viza mərkəzləri açılacaq

​Azərbaycanın hava limanlarında viza mərkəzləri açılacaq Xarici vətəndaşlar ölkədə 30 günlük birdəfəlik vizanı rəsmiləşdirəcəklər
İnfrastruktur
25 Yanvar , 2016 10:37
​Azərbaycanın hava limanlarında viza mərkəzləri açılacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycana bütün beynəlxalq hava limanlarından gələn sərnişinlər üçün fevralın 1-dən etibarən viza rəsmiləşdirmə mərkəzləri fəaliyyətə başlayacaq.

“Report”un “Azərbaycan Hava Yolları” QSC-yə istinadən verdiyi xəbərə görə, bu mərkəzlərdə Fars Körfəzi (Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt) ölkələrinin, eyni zamanda Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları ölkədə 30 günlük birdəfəlik vizanı rəsmiləşdirə biləcəklər.

Son xəbərlər

Orphus sistemi