Azərbaycanın gəmiçilik şirkəti Xəzərdə ətraf mühitin mühafizəsini gücləndirəcək

Azərbaycanın gəmiçilik şirkəti Xəzərdə ətraf mühitin mühafizəsini gücləndirəcək AXDG-də bununla bağlı yeni qaydalar tətbiq olunacaq
İnfrastruktur
1 İyun , 2017 11:24
Azərbaycanın gəmiçilik şirkəti Xəzərdə ətraf mühitin mühafizəsini gücləndirəcək

Bakı. 1 iyun. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (AXDG) QSC-də ətraf mühitin mühafizəsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq. 

AXDG-dən "Report"a daxil olan məlumata görə, cəmiyyətdə Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi Departamenti gəmilərdə formalaşıb yaranan, habelə daşınan müxtəlif aqreqat hallı, o cümlədən maye çirkləndiricilərin idarə olunmasını təmin etməklə, onların dənizə atılmasının qarşısını almaq və ya atqıların həcmini minimuma endirmək məqsədilə yeni prosedur qaydaları hazırlanıb.

Hazırda cəmiyyətin gəmilərində yeni “Plombqırma / Plomblama Qaydaları”nın tətbiqinə hazırlıq işləri gedir. Eyni zamanda, Xəzər Dəniz Neft Donanması və Dəniz Nəqliyyatı Donanmasının rəhbərlərinin və aidiyyəti məsul işçilərinin iştirakı ilə “Plombqırma / Plomblama Qaydaları” mövzusunda məlumatlandırma səciyyəli təlimlər keçirilib.

Son xəbərlər

Orphus sistemi