Azərbaycanın “Fikrət Əmirov” gəmisi əsaslı təmir olunub

Azərbaycanın “Fikrət Əmirov” gəmisi əsaslı təmir olunub Gəmi hər səfərdə təkərli texnika ilə yanaşı, 36 sərnişin də daşıya biləcək
İnfrastruktur
21 Avqust , 2015 20:02
Azərbaycanın “Fikrət Əmirov” gəmisi əsaslı təmir olunub

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "ro-ro" tipli “Fikrət Əmirov” gəmisi əsaslı təmirdən çıxıb. Qurumdan "Report"a verilən məlumata görə, martın 10-dan başlayan təmir işləri bütün gəmini əhatə edib. Belə ki, gəminin 3350 m2 sualtı və 2580 m2 suüstü hissələri təmizlənərək rənglənib. Yük anbarlarında, ballast bölmələrində və s. yerlərdə korroziyaya uğramış metal təbəqələr dəyişdirilib. Bu məqsədlə bütövlükdə 30 ton metal işlədilib. Gəminin baş və köməkçi mühərrikləri, avar valı, sükan və yardımçı sükan qurğuları, bütün nasosları əsaslı təmir olunub. Bundan əlavə, gəminin yanğınsöndürmə, qurutma, soyutma, buxar, içməli su sistemləri də bərpa edilib. “Fikrət Əmirov” gəmisi zavodun körpüsünü tərk etdikdən sonra hər səfərdə təkərli texnika ilə yanaşı, 36 sərnişin də daşıya biləcək.

Bu, 2015-ci ildə “Zığ” Gəmi Təmiri Zavodunda beynəlxalq tələblərə uyğun təmir olunan sayca 22-ci gəmidir.

Son xəbərlər

Orphus sistemi