Yuxarı

Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib

Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verib

Bu gün səhər saat 8:00-dan etibarən Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında Azərbaycan və xarici bayraq altında üzən gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verilib.

Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, hazırda dənizdə küləyin sürəti 15-18 metr saniyədir.

Axşama doğru küləyin sürətinin azalaraq 11-12 metr saniyə olacağı bildirilir. Dənizdə dalğanın hündürlüyü 1,5-2 metr arasındadır. Güclü külək ərəfəsində isə dənizdə heç bir problem yaşanmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi