​Azərbaycanın bütün hava limanları gücləndirilmiş iş rejimində işləyir

​Azərbaycanın bütün hava limanları gücləndirilmiş iş rejimində işləyir P.Kəsəmənski: “Nəzarət tədbirləri gücləndirilmiş iş rejiminə uyğun olaraq planlaşdırılmış qaydada həyata keçirilir”
İnfrastruktur
5 Aprel , 2016 11:58
​Azərbaycanın bütün hava limanları gücləndirilmiş iş rejimində işləyir

Bakı. 5 aprel. REPORT.AZ/ Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərginliklə əlaqədar olaraq bütün hava limanları gücləndirilmiş iş rejimində işləyir.

Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat katibi Paşa Kəsəmənski “Report”a açıqlamasında bildirib ki, AZAL rəhbərliyinin tapşırığı ilə Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında, eləcə də Azərbaycanın bütün regional hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib: “Artıq Brüsseldə baş verən terror aktından sonra Azərbaycanın bütün hava limanları gücləndirlmiş iş rejimində işləməyə başlayıb. Ölkənin hava limanlarının bütün təhlükəsizlik xidmətlərinin işinin dəqiq təhlili aparılıb, aviasiya təhlükəsizliyi rejimlərinin gücləndirilməsi ilə əlaqədar olaraq işçilərə yerində təlimatlar verilib”.

Eyni zamanda P.Kəsəmənski qeyd edib ki, mülki aviasiya obyektlərində də müntəzəm yoxlamalar və nəzarət tədbirləri gücləndirilmiş iş rejiminə uyğun olaraq planlaşdırılmış qaydada həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi