Azərbaycanın buğda daşıyan gəmisi saya oturub

Azərbaycanın buğda daşıyan gəmisi saya oturub "Xəzər Dəniz Gəmiçiliyi"nin "Teymur Əhmədov" gəmisi saya oturub
İnfrastruktur
2 Aprel , 2015 10:10
Azərbaycanın buğda daşıyan gəmisi saya oturub

Bakı. 2 aprel. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Teymur Əhmədov” gəmisinin saya oturması ilə bağlı məlumat yayıb.

"Report"un “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə istinadən verdiyi məlumata görə, martın 31-də Həştərxan limanından çıxdıqdan sonra, Volqa-Xəzər kanalının 138,5-ci kilometrində Rusiyanın Gəmilərin hərəkətinin idarə olunması Xidmətinin gəmidəki bələdçilərinin göstərişləri ilə hərəkət edən zaman gəmi saya oturub.

Gəminin saya oturmasına səbəb güclü şərq küləyinin təsiri altında suyun çəkilməsi və kanalın qumla dolması olub. Bundan başqa, adıçəkilən xidmətin gəmiyə verdiyi keçid dərinlikləri faktiki dərinliklərə uyğun olmayıb.

“Teymur Əhmədov”un kapitanı Bəhrəm Dadaşovun verdiyi məlumata görə, gəmi heç bir zədə almayıb. Hazırda gəminin yedək vasitəsilə saydan çıxarılması əməliyyatı həyata keçirilir.

QSC-də, həmçinin bildiriblər ki, anbarlarında 3 011 ton buğda olan “Teymur Əhmədov” saydan çıxarıldıqdan sonra səfərini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi