Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanın bölgələrində ilk dəfə olaraq məişət tullantılarının emalı müəssisəsi yaradılacaq. "Report"un məlumatına görə, Ağcabədi rayonunda bərk məişət tullantılarının emalı zavodu tikilir.
Ağcabədi Rayon İcra Hakimiyyətindən (RİH) "Report"a bildirilib ki, Bərdə, Ağdam, Tərtər, Beyləqan, İmişli, Füzuli və Ağcabədi rayonlarını əhatə edəcək zavodda 100 nəfərdən cox işci qüvvəsinin çalışması nəzərdə tutulub: "Müəssisənin tikintisi ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı çərçivəsində həyata keçirilir. Zavod İqtisadiyyat Nazirliyinin sifarişi əsasında inşa ediləcək. 40 hektar ərazidə inşa olunan zavodda il ərzində 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı emal olunacaq".