Azərbaycan 2020-ci ildə Rusiyaya avtomobil ixrac edəcək - EKSKLÜZİV

Azərbaycan 2020-ci ildə Rusiyaya avtomobil ixrac edəcək - EKSKLÜZİV “Neftçala Sənaye Məhəlləsində istehsal olunan “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı 2020-ci ilə reallaşa bilər”.
İnfrastruktur
18 Oktyabr , 2019 17:41
Azərbaycan 2020-ci ildə Rusiyaya avtomobil ixrac edəcək - EKSKLÜZİV

“Neftçala Sənaye Məhəlləsində istehsal olunan “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı 2020-ci ilə reallaşa bilər”.

Bunu “Report”a açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

O bildirib ki, hazırda “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı üçün sənədləşmə işləri davam etdirilir: “Yəqin ki, sənədləşmə işləri 4-5 ay ərzində tamamlanacaq". 

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2015-ci il tarixli sərəncamına əsasən, yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə 2017-ci ilin 24 sentyabr tarixində açılışı olub. Sənaye Məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “AzKron” MMC avtomobil istehsalı zavodudur. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə - 2019-cu ilin sonunadək 6 min ədəd avtomobil istehsalı planlaşdırılır. Müəssisənin ildə 2 min avtomobil ixracı nəzərdə tutulur.

2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalı nəzərdə tutulur. “Azərmaş” ASC ölkəmizin digər bölgələrində də avtomobil sənayesinin yaradılmasında maraqlıdır. Müasir texnologiyalar əsasında qurulan “AzKron” MMC avtomobil istehsalı zavodunda "Khazar", "Peugeot", "Renault" kimi avtomobil modelləri istehsal olunur.

Son xəbərlər

Orphus sistemi